- Transfer
- 21:28 17.03.2025
PSJ-nin futbolçusu Kilian Mbappenin anası Fayza Lamari açıqlama verib.
Corner.az xəbər verir ki, “Le Parisien” nəşrinə danışan Lamari, oğlunun Paris klubu ilə danışıqlar apardığını söyləyib:
“Mbappe PSJ ilə danışıqlar aparır və hər şey qaydasında gedir. Hətta bazar ertəsi özüm klubun idman direktoru Leonardo ilə görüşdüm. Nəticə olacaqmı? Görək.
Dəqiq olan bir şey var – Mbappe Çempionlar Liqasını qazanmaq üçün sona qədər mübarizə aparacaq”.
Fransalı futbolçu bir müddət əvvəl öz ölkəsinin mətbuatına müsahibəsində yayda PSJ-dən ayrılmaq üçün klub rəhbərliyinə müraciət etdiyini etiraf etmişdi.