- Transfer
- 14:22 15.03.2025
İspaniyanın “Real” klubunun futbolçusu İsko karyerasını İtaliyada davam etdirə bilər.
Corner.az xəbər verir ki, “Milan” 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır. Bu barədə “Marca” nəşri məlumat yayıb. Məlumatda, tərəflər arasında razılıq əldə olunduğu və keçidin qışda rəsmiləşəcəyi vurğulanıb.
İspaniya millisinin üzvü bu mövsüm “Real”la 6 oyuna çıxıb.