17 dekabr 2025. Çərşənbə

Ərəblər Nyukasl'a yeni baş məşqçi gətirir


  • Transfer
  • 11:13 08.10.2021
  • Oxunma sayı: 191
Ərəblər Nyukasl'a yeni baş məşqçi gətirir

Səudiyyə Ərəbistanının investisiya fondu satın aldığı İngiltərənin "Nyukasl" klubuna yeni baş məşqçi gətirmək istəyir.

Corner.az "The Telegraph"a istinadən xəbər verir ki, hazırda komandaya rəhbərlik edən Stiv Brüsü iki tanınmış mütəxəssisdən birinin əvəzləyəcəyi gözlənilir.

Bunlar "Çels"nin sabiq baş məşqçisi Frenk Lempard və hazırda Şotlandiya "Reyncers"ini çalışdıran Stiven Cerrarddır.

Qeyd edək ki, 1892-ci ildə əsası qoyulmuş "Nyukasl" daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir bu kluba rəhbərlik edirdi.







Transfer