8 aprel 2026. Çərşənbə

Zidan qayıtdı, yenə onu istədi


  • Transfer
  • 12:58 17.03.2019
  • Oxunma sayı: 710
Zidan qayıtdı, yenə onu istədi

Real Madrid'də Sergej Milinkovic-Savic'in transferi yenidən gündəmə gəlib.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu əvvəl də Zidanın transfer hədəfində olan Lazio'nun futbolçusu üçün yay transfer pəncərəsi zamanı hərəkətə keçməyi planlaşdırır.İtaliya təmsilçisinin serbiyalı futbolçu üçün 120 milyon avro tələb etdiyi, ancaq Madrid təmsilçisinin 90 milyon avroya razılaşa biləcəyi bildirilir.

Qeyd edək ki, 24 yaşlı futbolçu ilə Juventus,Manchester United və İnter klubları da maraqlanır.O, bu mövsüm iştirak etdiyi 31 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.







Transfer