- Transfer
- 23:57 07.04.2026
Barcelona mövsümün əvvəlində heyətinə qata bilmədiyi Antoine Griezmann üçün yenidən təklif hazırlayır.
Corner.az Fransanın L'Equipe nəşrinə istinadən xəbər verir ki, cari mövsümün əvvəlində Kataloniya təmsilçisinin təklifini rədd edən və Atletico ilə yeni müqavilə imzalayan Griezmann, komandadan ayrıla bilər.Barcelona klubu 27 yaşlı futbolçuya ildə 16 milyon avro olmaqla, 2024-cü ilədək müqavilə təklif edəcək.
Qeyd edək ki, fransalı hücumçu bu mövsüm iştirak etdiyi 39 oyunda 18 qol vurub, 8 məhsuldar ötürmə verib.