15 mart 2025. Şənbə

Real'ın Mbappe planı hörmətsizlikdir - Leonardo


  • Transfer
  • 14:40 10.10.2021
  • Oxunma sayı: 153
Real'ın Mbappe planı hörmətsizlikdir - Leonardo

PSJ-nin idman direktoru Leonardo insanların PSJ-nin pulu haqda danışması və Mbappe barədə açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Leonardo, bu haldan narahat olduğunu deyib:

“PSJ-də işləməyi sevirəm. Bir çoxu bizim xərclədiyimiz puldan danışır. PSJ heç bir klubdan daha çox pul xərcləmir. Hamının borcu olur, bizdən çox borcu olanlar var. Nə üçün La Liqadan bizə hücum edirlər? UEFA və Liqa 1 rəhbərliyinə lazım olan hər şeyi bildiririk”.

Leonardo “Real” klubunun Kilian Mbappeni pulsuz almağa çalışdığını da söyləyib:

“Madrid uzun müddətdir ki, Mbappeni pulsuz almaq üçün çalışır. İki ildir yalnız Mbappe haqda danışırlar. Bunun nəsə cəzası olmalıdır. “Real” hörmətsizlik edir. Mbappe sıradan biri deyil, dünyanın ən yaxşı oyunçularındadır. Baş məşqçiləri, futbolçuları, demək olar ki, hər kəs Mbappe haqqında danışır. Bu, hörmətsizlikdir və yaxşı plan deyil”.







Transfer

"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı
MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi