17 dekabr 2025. Çərşənbə

Felipe Skolari 4-cü dəfə Braziliya klubundan ayrılıb


  • Transfer
  • 15:51 11.10.2021
  • Oxunma sayı: 129
Felipe Skolari 4-cü dəfə Braziliya klubundan ayrılıb

Braziliyanın "Qremio" klubu baş məşqçisi Luis Felipe Skolari ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 80-ci illərdən əvvəlindən indiyə qədər baş məqşçilik karyerasını davam etdirən təcrübəli mütəxəssis karyerasında 28-ci ayrılığını yaşayıb.

2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olmuş baş məşqçi 1987, 1993 - 1996 və 2014 - 2015-ci illərdə  "Qremio"ya rəhbərlik edib.

O, iyulun 7-də yenidən bu postda təyin olunmuşdu. "Qremio" Braziliya A Seriyasında 23 oyundan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb.







Transfer