- Transfer
- 23:59 29.10.2024
Hazırda FIFA-da Futbolun inkişafı üzrə direktor vəzifəsində çalışan Arsen Venger 2022-ci ilin yanvarında bir oyunluq baş məşqçi postuna qayıdacaq.
Corner.az-ın məlumatına görə, 71 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanında "Əl-Hilal" və "Əl-Nəsr" komandalarının ən yaxşı futbolçularından ibarət bir komandanı 2022-ci il yanvar ayında PSJ klubu tək oyunluq bir turnirdə qarşılaşacaq.
Qeyd edək ki, Venger 2018-ci ildə baş məşqçi karyerasını başa vurmuşdu. Fransalı mütəxəssis "Arsenal"da 22 illik fəaliyyəti ilə unudulmaz anlar buraxıb.