- Transfer
- 23:59 29.10.2024
"Neftçi" klubunda icarə əsasında çıxış edən futbolçu Mamadu Kane müqavilə ilə məxsus olduğu Yunanıstan "Olimpiakos"una qışda qayıda bilər.
Corner.az "Sportime" nəşrinə istinadən xəbər verir ki, Afina təmsilçisinin rəhbərliyi 24 yaşlı yarımmüdafiəçini yaxından izləyir və onun hazırkı oyunundan razıdır. Kane son olaraq, Qvineya millisinin heyətində Mərakeşə 1:4 hesabı ilə məğlub olduqları dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələ oyununda komandasının yeganə qolunu vurub.
"Olimpiakos" afrikalı oyunçu üçün mövsümün sonunu gözləməyi planlaşdırmır. Lakin onu heyətə cəlb etməkdən ötrü Yunanıstan təmsilçisinin digər əcnəbi futbolçulardan birini mütləq göndərməsi lazımdır.
Qeyd edək ki, Mamadu Kane yay transfer dönəmində "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edir.