- Transfer
- 23:59 29.10.2024
Müqavilə ilə “Barselona”ya məxsus olan, hazırda icarə əsasında “Beşiktaş”da çıxış edən Miralem Pyaniç açıqlama verib.
Corner.az xəbər verir ki, Fransa mətbuatına danışan 31 yaşlı yarımmüdafiəçi, “Beşiktaş”dan təklif gələndə fikirləşmək üçün bir saat vaxtının olduğunu deyib:
“Hər şey son dəqiqədə reallaşdı. “Beşiktaş”ın təklifini dəyərləndirmək üçün cəmi bir saatım vardı. Ya qəbul edəcəkdim, ya da “Barselona”da qalacaqdım. “Barselona”da işlərin mənim xeyrimə olmayacağını bilirdim. Baş məşqçi Ronald Kumanın fikri dəyişməyəcəkdi.
“Barselona”dan ayrılmaq qərarını verəndə rəhbərlikdən mənimlə əlaqə saxladılar və fikrimə hörmətlə yanaşdıqlarını dedilər. Özüm də onlara nə üçün az şans qazandığımı başa düşmədiyimi dedim. Mənə uğurlar arzuladılar. Hər nə isə, gələn ilin iyun ayında yenidən “Barselona”da görüşəcəyik”.
“Beşiktaş” bosniyalı futbolçunu “Barselona”dan bir illik icarəyə götürüb.