- Transfer
- 23:59 29.10.2024
Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer dəyərində dəyişiklik olub.
Corner.az xəbər verir ki, bu barədə "Transfermarkt.ru" portalının rəsmi "İnstaqram" hesabı məlumat yayıb.
24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya çatıb. Beləliklə, millimizin forvardı Polşa Ekstraklasasının ən dəyərli futbolçuları sırasında ilk “10-luğ”a girib. Emreli komanda yoldaşı Bartoş Slişlə 9-10-cu yerləri bölüşdürür.
Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.