7 aprel 2026. Çərşənbə axşamı

Zidan Nyukasl'ın təklifini rədd etdi


  • Transfer
  • 18:09 16.10.2021
  • Oxunma sayı: 202
Zidan Nyukasl'ın təklifini rədd etdi

Fransalı mütəxəssis Zinəddin Zidan İngiltərənin “Nyukasl” klubundan təklif alıb.

Corner.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Premyer Liqa təmsilçisi 49 yaşlı mütəxəssisə baş məşqçilik təklif etsə də, onun bu təklifə cavabı “yox” olub.

Xatırladaq ki, “Nyukasl” daha əvvəl italyalı mütəxəssis Antonio Konteyə də təklif göndərmiş, lakin rədd cavabı almışdı. 

Əlavə edək ki, “Nyukasl” klubunun səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. Fondun sərvəti 434 milyard avrodan çoxdur.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi