7 aprel 2026. Çərşənbə axşamı

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişdi


  • Transfer
  • 10:28 18.10.2021
  • Oxunma sayı: 134
Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişdi

Türkiyənin qadınlardan ibarət liqasında çıxış edən "Kayseri Genclerbirliyi" klubu Azərbaycan millisinin futbolçusu Sona Rəhimovanı heyətinə qatıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kayseri təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayıb.

Rəhimovanın sözləşməsinin detalları barədə açıqlama verilməyib. O, artıq yeni komandası ilə məşqlərə də start verib.

Qeyd edək ki, Sona Rəhimova daha əvvəl "Kayserispor"un şərəfini qoruyub.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi