8 aprel 2026. Çərşənbə

“Real”dan Salah üçün 150 milyon avro


  • Transfer
  • 10:47 19.03.2019
  • Oxunma sayı: 592
“Real”dan Salah üçün 150 milyon avro

Liverpoolun futbolçusu Məhəmməd Salah karyerasını İspaniyada davam etdirə bilər.

Corner.az-ın məlumatına görə, Madrid təmsilçisi misirli hücumçunu yayda heyətinə qatmaq istəyir. “Kral klubu” “Chelsea”nin belçikalı futbolçusu Eden Hazardı transfer edə bilməsə,onun əvəzinə Salahı heyətinə qatmağa çalışacaq. İspaniyalılar 26 yaşlı futbolçu üçün 150 milyon avro ödəməyə hazırdır. Lakin “Liverpool”un baş məşqçisi Jurgen Klopp yayda futbolçulardan heç birini satmayacağını açıqlayıb. 

Qeyd edək ki, Salah cari mövsüm Premyer Liqanın 31 matçda 17 qol vurub və 8 məhsuldar ötürmə verib. 







Transfer