7 aprel 2026. Çərşənbə axşamı

Emreli Danimarka klubunun hədəfində


  • Transfer
  • 11:18 21.10.2021
  • Oxunma sayı: 212
Emreli Danimarka klubunun hədəfində

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli daha bir klubun maraq dairəsinə düşüb.

Corneraz-ın məlumatına görə, bu barədə Fransanın "MSV Foot" səhifəsi "Tviter"də iddia irəli sürüb.

 Danimarkanın "Kopenhagen" klubunun 24 yaşlı hücumçu yaxından maraqlandığı bildirilib.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Herta Berlin", "Hoffenhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) komandalarının skautları Varşava təmsilçisinin Ekstraklasada "Lex" (Poznan) komandasına 0:1 hesabı ilə məğlub olduğu 12-ci tur matçında millimizin üzvünü tribunadan izləyiblər.

Əlavə edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. 







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi