- Transfer
- 11:08 29.06.2026
Liverpool'un futbolçusu Sadio Mane karyerasını Real Madrid'də davam etdirə bilər.
Corner.az xəbər verir ki, Madrid klubu seneqallı hücumçu ilə maraqlanır. Bu barədə “France Football” nəşri məlumat yayıb.Məlumatda, Kral klubunun baş məşqçisi Zinəddin Zidan 26 yaşlı futbolçunun transfer edilməsini istəyir. Tərəflər arasında yaxın zamanda danışıqların başlayacağı gözlənilir.
Qeyd edək ki, gənc futbolçunun “Liverpool”la 2023-cü ilə qədər müqaviləsi var.