- Transfer
- 11:08 29.06.2026
“Galatasaray”ın futbolçusu Sinan Gümüş karyerasını İtaliyada davam etdirə bilər.
Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu “Genoa” klubunun maraq dairəsinə düşüb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, “Genoa”nın gənc futbolçunun transferi üçün “Galatasaray”la razılaşdığı və yayda rəsmi müqavilənin imzalanacağı bildirilib.
Qeyd edək ki, Sinanın “Galatasaray”la müqaviləsi mövsümün sonunda bitir.