7 aprel 2026. Çərşənbə axşamı

Konte Mançester Yunayted'ə rəhbərlik etməyə hazırdır


  • Transfer
  • 10:29 26.10.2021
  • Oxunma sayı: 149
Konte Mançester Yunayted'ə rəhbərlik etməyə hazırdır

İtaliyalı mütəxəssis Antonio Konte norveçli Ole-Qunnar Sulşer istefa verəcəyi təqdirdə “Mançester Yunayted” klubuna rəhbərlik etməyə hazırdır.

Corner.az  xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport”un jurnalisti Nikolo Şira məlumat verib.

Onun sözlərinə görə, Konte komandaya rəhbərlik etməyə razılaşıb və 3 illik müqavilə istəyib. Təcrübəli mütəxəssis “Mançester Yunayted”in baş məşqçi postuna əsas namizəddir.

Oktyabrın 24-də İngiltərə çempionatının 9-cu turu çərçivəsində “Mançester Yunayted” evdə “Liverpul”a beş cavabsız qolla uduzub. Bu 1925-ci ildən bəri ən böyük məğlubiyyət idi. “Mançester Yunayted” Premyer Liqada ardıcıl dörd oyundur qalib gələ bilmir.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi