26 aprel 2026. Bazar günü

Llorente La Liqa klubuyla müqavilə imzaladı


  • Transfer
  • 15:48 27.10.2021
  • Oxunma sayı: 143
Llorente La Liqa klubuyla müqavilə imzaladı

“Yuventus”un sabiq üzvü Fernando Llorentenin yeni klubu məlum olub.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu “Eybar”la müqavilə imzalayıb. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspaniya millisinin sabiq üzvü ilə müqavilə 2022-ci ilin sonuna qədər nəzərdə tutulub.

Llorente karyerası ərzində daha əvvəl İspaniyada “Sevilya”, “Atletik”, İngiltərədə “Tottenhem”, İtaliyada “Yuventus”, “Napoli” kimi klublarda çıxış edib.







Transfer