- Transfer
- 14:22 15.03.2025
"Rəsmi açıqlamadan əvvəl heç nəyi şərh edə bilmərəm".
Corner.az-ın məlumatına görə, bunu “Sabah” klubunda baş məşqçisi postuna əsas namizəd olan rusiyalı mütəxəssis Murad Musayev "Sport24.ru" saytına açıqlamasında Azərbaycan təmsilçisinə keçidi barədə danışarkən deyib.
38 yaşlı mütəxəssis bu səbəbdən, məlumatı təsdiqləyə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Rusiyanın "Championat" nəşri gənc baş məşqçinin "Sabah"la anlaşdığını yazıb.