15 mart 2025. Şənbə

İnter AÇ-da huşunu itirən futbolçusunu satır


  • Transfer
  • 10:17 29.10.2021
  • Oxunma sayı: 141
İnter AÇ-da huşunu itirən futbolçusunu satır

İtaliyanın "İnter" klubu futbolçusu Kristian Erikseni satmağı planlaşdırır.

Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, səbəb 29 yaşlı yarımmüdafiəçinin bu ölkədə məşq edə bilməməsidir.

Danimarkalı oyunçunun Avropa çempionatında başına gələnlərdən sonra İtaliyanın tibb nümayəndələri onun cari mövsüm idmanla məşğuliyyətinə müvəqqəti qadağa qoyub.

Milan təmsilçisi Erikseni oynaya biləcəyi kluba satmaq niyyətindədir.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. 







Transfer

"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı
MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi