- Transfer
- 14:22 15.03.2025
İtaliyanın “İnter” klubu hücumçusu Lautaro Martineslə yeni müqavilə imzalayıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçunun sözləşməsinin müddəti 2026-cı ilin iyununadək uzadılıb. Argentinalı forvardın Milan təmsilçisi ilə əvvəlki sözləşməsi 2023-cü ilin yayında başa çatmalı idi.
Lautaro Martines “İnter”ə 2018-ci ilin yayında ölkəsinin “Rasinq” klubundan keçib.