17 dekabr 2025. Çərşənbə

Bavariya Napoli'nin hücumçusu ilə maraqlanır


  • Transfer
  • 11:56 29.10.2021
  • Oxunma sayı: 124
Bavariya Napoli'nin hücumçusu ilə maraqlanır

Almaniyanın “Bavariya” klubu gələn ilin yayında heyətinə yeni hücumçu cəlb etmək istəyir.

Corner.az xəbər verir ki, Münhen təmsilçisi “Napoli”nin futbolçusu Viktor Osimhenlə maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Münhen təmsilçisi nigeriyalı hücumçunu yeni mövsüm üçün transfer etmək niyyətindədir.

“Napoli” 22 yaşlı hücumçunu azı 100 milyon avroya satmağa razıdır.

Osimhen  bu mövsüm “Napoli” ilə 11 oyunda 9 qol vurub.







Transfer