"Napoli”nin futbolçusu Xalidu Kulibali açıqlama verib.
Corner.az xəbər verir ki, İtaliya mətbuatına danışan 30 yaşlı müdafiəçi, Neapol təmsilçisinə heç vaxt xəyanət etməyəcəyini deyib:
“Mən və “Yuventus”? Dəli olmusuz? Heç vaxt “Yuventus”a keçmərəm. İtaliyada “Napoli”dən başqa heç bir klubda oynamaram. “Napoli”yə və azarkeşlərinə əsla xəyanət etmərəm.
Dünyada sadəcə 2-3 kluba görə “Napoli”dən ayrıla bilərəm. Bunlar da “Barselona”, “Real” və “Mançester Siti”dir”.
Seneqallı futbolçunun “Napoli” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.