17 dekabr 2025. Çərşənbə

Vela Qrizmannı ABŞ-a gətirmək istəyir


  • Transfer
  • 10:41 01.11.2021
  • Oxunma sayı: 142
Vela Qrizmannı ABŞ-a gətirmək istəyir

ABŞ-ın “Los Anceles” klubunun futbolçusu Karlos Vela “Atletiko”nun hücumçusu Antuan Qrizmannı MLS-ə aparmaq istəyir.

Corner.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu, “İnstaqram” hesabında canlı yayım zamanı deyib. Meksikalı futbolçu, Qrizmannla bu haqda danışdığını söyləyib:

“Qrizmannı ABŞ-a gətirmək istəyirəm. Bu barədə bir neçə dəfə özü ilə də danışmışıq. Hər dəfə ona deyirəm ki, mütləq Los Ancelesə gəlməlisən”.

Vela və Qrizmann İspaniyanın “Real Sosyedad” klubunda birgə çıxış edib.







Transfer