- Transfer
- 10:16 04.10.2026
“Liverpul” qışda heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Corner.az xəbər verir ki, Mersisayd təmsilçisi “Real”ın futbolçusu Luka Yoviçlə maraqlanır. Bu barədə “fichajes.net” saytı məlumat yayıb. Xəbərdə, “Liverpul”un qış transfer pəncərəsi dövründə 23 yaşlı hücumçu üçün “Real”la danışıqlara başlayacağı bildirilib.
“Real”da az şans qazanan serbiyalı futbolçu bu mövsüm La Liqada 5 oyuna çıxıb və fərqlənə bilməyib.