- Transfer
- 19:12 25.04.2026
İtalyan mütəxəssis Antonio Konte yenidən İngiltərədə çalışa bilər.
Corner.az xəbər verir ki, “Tottenhem” rəhbərliyi italiyalı mütəxəssisi komandanın “sükanı arxasına” gətirməyi planlaşdırır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
London klubunun Konte ilə 1,5 illik razılaşma əldə etdiyi bildirilib. 52 yaşlı mütəxəssis “Tottenhem”dən illik 15 milyon avro qazanacaq.
“Tottenhem”də dünən baş məşqçi Nuno Espirito Santo ilə yollar ayrılıb.