- Transfer
- 19:12 25.04.2026
“İnter”in futbolçusu Aleksis Sançes karyerasını ABŞ-da davam etdirə bilər.
Corner.az xəbər verir ki, MLS-də çıxış edən və adı açıqlanmayan bir klub çilili hücumçu üçün “İnter”ə təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda, Aleksisin karyerasını ABŞ-da davam etdirmək istəmədiyi vurğulanıb. 32 yaşlı futbolçu qışda “İnter”dən ayrılaraq başqa Avropa klubunda çıxış etməyi planlaşdırır.
Aleksis bu mövsüm “İnter”lə 6 oyuna çıxıb.