4 oktyabr 2026. Bazar günü

Barselona qış fasiləsində 3 futbolçu transfer edəcək


  • Transfer
  • 13:44 06.11.2021
  • Oxunma sayı: 206
Barselona qış fasiləsində 3 futbolçu transfer edəcək

"Barselona" klubunun prezidenti Xuan Laporta qış transfer pəncərəsindəki hədəflərini açıqlayıb.

Corner.az-ın məlumatına görə, 59 yaşlı funksioner "TV3"ə açıqlamasında fasilədə 3 yeni futbolçu almaq istədiklərini bildirib.

İspab funksioner, artıq klub bu istiqamətdə işlərə başladığını vurğulayıb: "Serxio Aqueronun səhhətindəki problemə görə hazırda mərkəz hücumçusu axtarışındayıq. Digər mövqelərlə bağlı işlər isə yaxın günlərdə start götürəcək".

Laporta, 3 transferin də yeni baş məşqçisi Xavi Ernandesin razılığı ilə həyata keçiriləcəyi sözlərini də əlavə edib.

Qeyd edək ki, "Barselona" 41 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonunadək müqavilə imzalayıb.







Transfer