7 aprel 2026. Çərşənbə axşamı

Daha bir türkiyəli mütəxəssis Azərbaycan millisini çalışdırmağa namizəddi


  • Transfer
  • 11:57 08.11.2021
  • Oxunma sayı: 251
Daha bir türkiyəli mütəxəssis Azərbaycan millisini çalışdırmağa namizəddi

Türkiyəli mütəxəssis Samet Aybaba Azərbaycan milli komandasına baş məşqçi təyin oluna bilər.

Corner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda, Sametin yığmanın baş məşqçi postuna namizədlər arasında olduğu bildirilib.

AFFA rəhbərliyi yaxın zamanda 66 yaşlı mütəxəssislə danışıqlara başlayacaq. Samet Aybabanın özü də  Azərbaycan millisində işləməyə müsbət yanaşır.

Samet Aybaba məşqçi karyerası ərzində “Kayserispor”, “Beşiktaş”, “Adana Dəmirspor”, “Bursaspor”, “Sivasspor” kimi komandalarda baş məşqçilik edib.

Azərbaycan yığmasını hazırda Canni De Byazi çalışdırır. İtalyan mütəxəssisin müqaviləsi noyabrın sonuna qədərdir. Onun vəzifəsindən göndəriləcəyi gözlənilir.

Bundan əvvəl türkiyəli mütəxəssis Okan Burukun adı Azərbaycan millisiylə hallanırdı.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi