7 aprel 2026. Çərşənbə axşamı

Qriqorçuk azərbaycanlı futbolçunun komandasını çalışdıra bilər


  • Transfer
  • 21:49 08.11.2021
  • Oxunma sayı: 741
Qriqorçuk azərbaycanlı futbolçunun komandasını çalışdıra bilər

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynanın "Kolos" klubuna rəhbərlik edə bilər.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Kovalivka təmsilçisinin prezidenti Andrey Zasuxa 56 yaşlı mütəxəssislə danışıqları davam etdirir.

İddiaya görə, təcrübəli baş məşqçi Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin də çıxış etdiyi komandanın sükanı arxasına keçməyə çox yaxındır. Tərəflər razılığa gəlsələr, təyinat yaxın günlərdə rəsmilşəcək.

Qeyd edək ki, Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub. Əyalət təmsilçisi onun rəhbərliyi altında 2015/2016, 2016/2017 mövsümlərində UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi