- Transfer
- 23:59 06.04.2026
İngiltərənin “Arsenal” klubu “Fiorentina”nın futbolçusu Duşan Vlahoviçlə maraqlanır.
Corner.az xəbər verir ki, London klubu qışda 21 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, A Seriyası təmsilçisinin serbiyalı futbolçunun keçidi üçün “topçular”la 80 milyon avro qarşılığında razılaşdığı bildirilib.
Lakin Vlahoviç menecerinə daha yaxşı klublardan təkliflər gözlədiyini söyləyib. Vlahoviç "Arsenal"a keçməyə müsbət yanaşmır.
Vlahoviç bu mövsüm 13 oyunda 10 qol vurub.