4 iyul 2026. Şənbə

Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqlədi


  • Transfer
  • 11:30 09.11.2021
  • Oxunma sayı: 165
Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqlədi

Türkiyəli baş məşqçi Samet Aybaba Azərbaycan milli komandasına rəhbərlik edəcəyinə dair iddialara münasibət bildirib.

Corner.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis "Fanatik"ə açıqlamasında AFFA-nın onunla maraqlanması xəbərlərini təsdiqləyib.

O, hazırda danışıqların davam etdiyini söyləyib: "Hələlik rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir".

Qeyd edək ki, Samet Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. O, 2,5 aydır işsizdir.







Transfer