- Transfer
- 20:33 15.03.2025
Braziliyalı futbolçu Daniel Alveş yenidən karyerasını "Barselona"da davam etdirə bilər.
Corner.az "UOL Esporte" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı cinah müdafiəçisi bu həftə mümkün keçidini Kataloniya təmsilçisinin rəhbərliyi ilə müzakirə edəcək.
Rəhbərlik Alveşlə müqavilə müddətini və maaşını müzakirə edəcək. Baş məşqçi Xavinin də onun transferinə dəstək olacağı bildirilir.
Qeyd edək ki, Daniel Alveş son olaraq ölkəsində "San-Paulu"nun formasını geyinib. O, 2008 - 2016-cı illərdə "Barselona"da çıxış edib.