7 aprel 2026. Çərşənbə axşamı

Emrelinin komandası növbəti dəfə baş məşqçisini dəyişir


  • Transfer
  • 17:43 10.11.2021
  • Oxunma sayı: 149
Emrelinin komandası növbəti dəfə baş məşqçisini dəyişir

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu növbəti dəfə baş məşqçisini dəyişdirməyi planlaşdırır.

Corner.az "Polsatsport" nəşrinə istinadən xəbər verir ki, Avropa çempionatından sonra Şimali Makedoniya yığmasından ayrılan İqor Angelovski Varşava təmsilçisinin sükanı arxasına keçə bilər.

45 yaşlı mütəxəssisin hazırkı baş məşqçi Marek Qolebiyevskini əvəzləyəcəyi iddia olunur. Lakin son ölkə çempionu Çeslav Mixneviçin istefaya göndərilməsindən sonra Qolebiyevskinin ən azı mövsümün sonunadək postunda qalacağını açıqlamışdı.

"Legiya"da yunanıstanlı Yorqos Donis və rusiyalı Stanislav Çerçesov da namizədlərdən biridir.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi