4 iyul 2026. Şənbə

Barselona kimi istəyirsə, onu da almaq gücündədir


  • Transfer
  • 17:54 10.11.2021
  • Oxunma sayı: 138
Barselona kimi istəyirsə, onu da almaq gücündədir

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola adı “Barselona” ilə hallanan Rahim Sterlinq haqda açıqlama verib.

Corner.az xəbər verir ki, ispan mütəxəssis, “Barselona”nın hər zaman diqqətçəkən bir klub olduğunu deyib:

“Bu klub, şəhər və tarix məşqçilərlə oyunçular üçün hər zaman diqqətçəkici olub. Açığı, futbolçularımdan hansıyla maraqlandıqlarını bilmirəm. Amma “Barselona” kimi istəyirsə, onu da almaq gücündə olduğunu düşünürəm”.







Transfer