15 mart 2025. Şənbə

Mançester Yunayted Sulşerə əvəzedici tapıb


  • Transfer
  • 11:09 11.11.2021
  • Oxunma sayı: 130
Mançester Yunayted Sulşerə əvəzedici tapıb

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Ole Qunnar Sulşerə əvəzedici tapıb.

Corner.az-ın məlumatına görə, bu, hazırda "Lester"i çalışdıran Brendan Rocersdir. "Qırmızı şeytanlar" 48 yaşlı mütəxəssislə ilkin danışıqlarda aparıblar.

Şimali irlandiyalı baş məşqçinin hazırkı müqaviləsinə əsasən, "Lester" Avropanın top-klubundan təklif gələcəyi təqdirdə, onu buraxmalıdır. Rocers "tülkülər"i 2019-cu ildən çalışdırır. Əvvəllər o, İngiltərənin "Redinq", "Çelsi"nin U-18 və U-23 komandaları, "Uotford", "Liverpul", Uelsin "Suonsi" və Şotlandiyanın "Seltik" klublarında çalışıb.

"Mançester Yunayted"ə isə 2018-ci ildən Ole Qunnar Sulşer rəhbərlik edir. 48 yaşlı baş məşqçi 1996 - 2007-ci illərdə "qırmızı şeytanlar"ın oyunçusu olub.







Transfer

"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı