- Transfer
- 20:33 15.03.2025
İngiltərənin "Aston Villa" klubunun yeni baş məşqçisi bəlli olub.
Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, üç gün əvvəl istefaya göndərilmiş Din Smitdən boş qalan bu vəzifə Stiven Cerrarda həvalə olunub.
Premyer Liqa klubu 41 yaşlı mütəxəsis ilə 2024-cü ilin iyununadək müqavilə imzalayıb.
Bu keçid üçün "Aston Villa" ingiltərəli mütəxəssisin indiyədək rəhbərlik etdiyi Şotlandiyanın "Reyncers" klubuna 3 milyon funt sterlinq kompensasiya ödəyəcək.
Qeyd edək ki, hazırda "Aston Villa" 16-cı pillədə qərarlaşıb. Cerrard, "Reyncers"ə 2018-ci ildə baş məşqçi təyin olunub. O, bu komandaya 2020/2021 mövsümündə Şotlandiya çempionluğu qazandırıb.