25 aprel 2026. Şənbə

Barselona sabiq futbolçusu ilə müqavilə bağladı


  • Transfer
  • 00:41 13.11.2021
  • Oxunma sayı: 182
Barselona sabiq futbolçusu ilə müqavilə bağladı

"Barselona” sabiq futbolçusu Dani Alvesi heyətinə qatıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

38 yaşlı müdafiəçi Kataloniya təmsilçisinə azad agent kimi keçib. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Alves gələn həftədən sabiq komandası ilə məşqlərə başlayacaq. Lakin futbolçu yalnız 2022-ci ilin yanvarından rəsmi oyunlarda meydana çıxa biləcək. İspaniya mətbuatı Alveşin 1 milyon avro qazanacağını yazıb.

Xatırladaq ki, Alves 2008-2016-cı illərdə “Barselona”da oynayıb. Onun son klubu “San Paulo” (Braziliya) olub







Transfer