17 dekabr 2025. Çərşənbə

Barselona Verner üçün hərəkətə keçdi


  • Transfer
  • 13:00 13.11.2021
  • Oxunma sayı: 142
Barselona Verner üçün hərəkətə keçdi

İngiltərənin "Çelsi" klubunun futbolçusu Timo Verner karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Corner.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Barselona" qış transfer dönəmində 25 yaşlı hücumçunu heyətinə qatmağı planlaşdırır.

Kataloniya təmsilçisi  almaniyalı oyunçunu icarəyə götürmək üçün London klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Timo Verner cari mövsüm "Çelsi"nin heyətində 10 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer