4 avqust 2026. Çərşənbə axşamı

Barselona Fənərbaxça'nın futbolçusunu izləyir


  • Transfer
  • 13:54 13.11.2021
  • Oxunma sayı: 158
Barselona Fənərbaxça'nın futbolçusunu izləyir

“Fənərbaxça”nın futbolçusu Atilla Salai daha bir nəhəng klubun diqqət mərkəzinə düşüb.

Corner.az xəbər verir ki, İspaniyanın “Barselona” klubu 23 yaşlı müdafiəçi ilə yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda, Kataloniya təmsilçisi qış transfer pəncərəsində macarıstanlı futbolçu üçün “Fənərbaxça”ya təklif göndərəcək.

Salai ilə daha əvvəl İngiltərədən “Çelsi”, İspaniyadan isə "Real", “Atletiko” və “Sevilya”nın maraqlandığı bildirilirdi.







Transfer