- Transfer
- 21:34 16.12.2025
Yaponiyanın “Vissel Kobe” klubunun futbolçusu Andres İnyesta sabiq komandası “Barselona” haqda açıqlama verib.
Corner az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı ispan yarımmüdafiəçi, hazırda “Barselona”ya qayıtmağı düşünmədiyini deyib:
“Gələcəkdə nə olacağını bilmirəm, amma nə vaxtsa “Barselona”ya qayıtmağı düşünürəm. İndi bunun vaxtı olmadığını düşünürəm. Həyat özü gedişatı göstərəcək.
Baş məşqçi olmaq istəyirəm. Amma “Barselona”da işləyərdimmi, ya yox, bunu deyə bilmərəm. Anı yaşamağı sevirəm və hazırda futbol oynamaqdan zövq alıram”.