- Transfer
- 19:12 25.04.2026
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Zinəddin Zidanın İngiltərənin "Mançester Yunayted" klubuna baş məşqçi təyin olunmasını istəyir.
Corner.az "Manchester Evening News"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Mançester təmsilçisinin rəhbərliyi ilə görüşdə hazırkı baş məşqçi Ole-Qunnar Sulşerlə yolların ayrılması təqdirdə fransalı mütəxəssisin gətirməyi təklif edib.
Ronaldo 49 yaşlı mütəxəssisin komandaya xeyir verə biləcəyinə inandığını bildirib.
Qeyd edək ki, Zinəddin Zidan "Mançester Yunayted"in hazırkı baş məşqçisi Ole-Qunnar Sulşeri əvəzləməyə əsas namizəd hesab olunur.