25 aprel 2026. Şənbə

Cerrardın yerinə Kuman


  • Transfer
  • 16:28 15.11.2021
  • Oxunma sayı: 165
Cerrardın yerinə Kuman

“Barselona”nın sabiq baş məşqçisi Ronald Kuman Şotlandiyada çalışa bilər.

Corner.az xəbər verir ki, “Reyncers” klubu niderlandlı mütəxəssisi baş məşqçi postundan ayrılan və “Aston Villa” ilə sözləşmə imzalayan Stiven Cerrardın yerinə gətirmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda, “Reyncers” rəhbərliyinin 58 yaşlı mütəxəssis ilə artıq danışıqlar apardığı vurğulanıb.

2020-ci ilin avqustundan “Barselona”nı çalışdıran Kuman oktyabrın 28-də istefaya göndərilib.







Transfer