7 aprel 2026. Çərşənbə axşamı

Qarabağ və Neftçi'nin sabiq legioneri 4-cü liqa klubunda


  • Transfer
  • 17:20 15.11.2021
  • Oxunma sayı: 214
Qarabağ və Neftçi'nin sabiq legioneri 4-cü liqa klubunda

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donald Gerye karyerasını Polşanın "Veçista" komandasında davam etdirəcək.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi Krakov təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. 32 yaşlı futbolçu ilə sözləşmənin müddəti yayda daha 1 il uzadıla bilər.

Gerye 4-cü liqa klubunda 96 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə də "Qarabağ"ın şərəfini qoruduqdan sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Futbolçunun son klubu Kipr "Apollon"u olub.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi