- Transfer
- 23:59 06.04.2026
"Ayaks”ın baş məşqçisi Erik ten Haq İngiltərənin “Nyukasl” klubundan gələn təklifi rədd etməsi ilə bağlı açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, Premyer Liqa klubunun təklifinin rədd etməsinin səbəbini belə şərh edib:
“Ayaks”da işlərim yaxşıdır, burda xoşbəxtəm. Rəhbərliklə də münasibətlərim yaxşıdır. “Nyukasl”a nə üçün gedim?”
“Nyukasl” klubunun rəhbərliyi komandanın baş məşqçi postu üçün bir müddət əvvəl Erik ten Haqa təklif göndərib, amma “yox” cavabı alıb.
Niderlandlı mütəxəssis 2017-ci ildən “Ayaks”a baş məşqçilik edir.