- Transfer
- 23:59 06.04.2026
“Real”ın futbolçusu Eder Militao karyerasını İngiltərədə davam etdirə bilər.
Corner.az xəbər verir ki, “Çelsi” klubu braziliyalı müdafiəçi ilə yaxından maraqlanır. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Məlumatda, “zadəganlar”ın Militao üçün qış transfer pəncərəsi zamanı “Real”la danışıqlara başlayacağı bildirilib. “Çelsi” 24 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə müəyyən məbləğ və Antonio Rüdigeri təklif etməyi planlaşdırır.
Militaonun “Real”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.