- Transfer
- 23:59 06.04.2026
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Cessi Linqardın transfer dəyərini müəyyənləşdirib.
Corner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçini transfer etmık istəyən klublar 12 milyon avrosundan keçməlidir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumatda, Linqardla İngiltərənin “Vest Hem” və İtaliyanın “Milan” klubu yaxından maraqlandığı vurğulanıb.
İngilis futbolçu bu mövsüm “qırmızı şeytanlar”la 8 oyunda 2 qol vurub.