7 aprel 2026. Çərşənbə axşamı

Mbappe üçün 200 milyon avro təklif etdik, qəbul etmədilər


  • Transfer
  • 15:01 17.11.2021
  • Oxunma sayı: 144
Mbappe üçün 200 milyon avro təklif etdik, qəbul etmədilər

İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək istədiklərini deyib.

Corner.az xəbər verir ki, 74 yaşlı funksioner yerli mətbuata açıqlamasında fransalı futbolçu üçün PSJ-yə 200 milyon avro təklif etdiklərini söyləyib:

“Heyətə ən yaxşı oyunçuları cəlb etməliyik və onlara yaxşı müqavilə təklif edilməlidir. Bununla yanaşı, yaxşı təklifləri də dəyərləndirməyimiz lazımdır. Mbappe üçün 200 milyon avro təklif etdik, lakin qəbul etmədilər.

Ölkə rəhbərləri klubları alır, futbolçuların satışına razılıq vermir. İndi klublarda böyük bir planlamalar başlayıb. Yaxın zamanda Avropanın ən yaxşı 30 klubu ölkə rəhbərləri tərəfindən alınacaq”.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi