4 iyul 2026. Şənbə

10 min azarkeş qarşısında müqavilə imzaladı


  • Transfer
  • 21:35 17.11.2021
  • Oxunma sayı: 184
10 min azarkeş qarşısında müqavilə imzaladı

İspaniyanın "Barselona" klubu sabiq futbolçusu Daniel Alveşin keçidini həll edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi ilə sonradan 1 il uzadılmaq şərtilə cari mövsümün sonunadək müqavilə imzalanıb. "Kamp Nou" stadionunda gerçəkləşən tədbiri 10 minə yaxın azarkeş izləyib.

Braziliyalı sol cinah oyunçusu Kataloniya təmsilçisinin heyətində 2022-ci ildə meydana çıxacaq.

Qeyd edək ki, Daniel Alveş daha əvvəl 2008 - 2016-cı illərdə "Barselona"nın formasını geyinib.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır